Eyyub Yaqubovun üzüntüsünün səbəbi nədir?

Eyyub Yaqubovun üzüntüsünün səbəbi nədir?

1 Fevral 2012 16:22
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist saç əkdirmək istəmir

Əməkdar artist Eyyub Yaqubov yaman təsirlənib. "Mənim uşaqlığım Bayıl qəsəbəsində keçib. Bu yaxınlarda "Bayıl" adlı mahnı lentə yazdırmışam. Yalnız bir dəfə efirdə oxumuşam. İstədim klip çəkdirəm, sonra "raskrutka" etdirəm, amma sonra gördüm ki, köhnə məhəlləmiz yerlə-yeksan olunub. Burda necə klip çəkim? Yerində tikinti gedir...", - deyərək üzüntüsünü bildirən müğənni "Bayıl"a heç cür klip çəkdirə bilməməsindən gileylənsə də, digər tərəfdən də sevincini bölüşdü: "Buna baxmayaraq, şəhərimiz gözəlləşməkdədir. Bu yaxınlarda "Eurovision-2012" müsabiqəsi keçiriləcək, dünyanın dörd bir yerindən qonaqlarımız olacaq. Şəhərimizə qiymət verəcəklər. Qoy hər tərəf gözəl görünsün".

Bəzi həmkarlarından fərqli olaraq, günbəgün tökülmüş saçlarının yerinə yenilərini əkdirmək istəməyən E.Yaqubov saç əkiminə münasibətini bu cür izah etdi: "Bilirsiniz, mən bunun əleyhinə deyiləm, qəti şəkildə, sadəcə olaraq, saç əkdirmək istəmirəm. Ümumiyyətlə, bu barədə hələ düşünmürəm".

Könül Aypara

O.M.