"Muhteşem Yüzyıl" Rusiyada qadağan olundu!

"Muhteşem Yüzyıl" Rusiyada qadağan olundu!

1 Fevral 2012 16:10
Bəyəndim (0) Bəyənmədim (0)
Osmanlının tarixi gerçəkdən uzaqdır?

Türkiyə ilə yanaşı, Azərbaycanda da izlənmə reytinqlərini alt-üst edən "Muhteşem Yüzyıl" serialı iki həftə öncə Rusiyada da yayımlanmağa başlamışdı. "Domaşnıy" kanalı tərəfindən 12 bölümü yayımlanan serialın heç bir açıqlama verilmədən anidən ekrandan qaldırılması heyranları qəzəbləndirdi. İddialara görə, seçimlər yaxınlaşarkən milliyyətçilik hisslərini qabartmaq istəyən Kreml, "Osmanlının şan-şöhrətindən danışan, tarixi başqa yola yönəldən bu serial artıq yayımlanmamalıdır", - deyə təlimat verib.

Ancaq "Muhteşem Yüzyıl"ın səssiz-səmirsiz yayından qaldırılmasının ardından izləyicilər etiraz kampaniyasına başladılar. İnternetdə layihənin yenidən qüvvəyə minməsi üçün heyranlar bir araya gəlib, öz sözlərini güllə kimi yağdırdılar. Bütün bunlardan sonra kanal, "100 bölümün hamısını birdən yayımlaya bilmərik ki?! Münasibətinizə görə təşəkkür edirik. Ancaq yeni bölümlər üçün may ayını gözləməli olacaqsınız", - deyə bəyan edib.

Günel Həbib

O.M.