Sevda Yəhyayevanın konsertində türk qonaqlar da olacaq

Sevda Yəhyayevanın konsertində türk qonaqlar da olacaq

1 Fevral 2012 15:55
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni rəqslər göstərəcək

Fevral ayının 18-də H.Əliyev adına Sarayda gənc müğənni, "Yeni ulduz-2" müsabiqəsinin iştirakçısı Sevda Yəhyayeva tamaşaçılar qarşısında hesabat verəcək. Belə ki, 21 mahnıdan ibarət olan konsert proqramı iki saat yarım ərzində nəzərdə tutulub. Səbəbkar mahnı oxumaqla yanaşı rəqs qrupu ilə rəqslər də edəcək.

"Tut əlimdən" adlı konsertə Sevdanın həmkarları dəvətlidirlər. Röya, Aygün Kazımova, Rəhim Rəhimli və s. Şou-biznes nümayəndələri ilə yanaşı korifey sənətçilərin də gəlişi nəzərdə tutulub. Eksklüziv olaraq onu da əlavə edək ki, Sevda Yəhyayevanın mahnılarını eşitməkdən ötrü ta Türkiyədən qonaqların təşrifi gözlənilir, hansı ki, "Gecdir daha" klipinin çəkilişləri zamanı tanış olublar. Deyilənə görə, bu qonaqlar arasında türk pop ulduzu da olmalıdır.

Könül Aypara

O.M.