Aygünlə Röyanı ümumi maraqlar birləşdirdi

Aygünlə Röyanı ümumi maraqlar birləşdirdi

30 Yanvar 2012 12:21
Bəyəndim (0) Bəyənmədim (0)
Şəkildə zahiri gözəllik fonunda daxili gözəllik əks olunur

Səhnəmizin ulduzlarını bir-birindən fərqləndirən cəhətlər olduğu kimi onların ümumi maraqları da var. Bu isə gözəl görünməkdir. Gözəl görünmək üçünsə hər zaman özünə qulluq göstərməlisən və ya bunu peşəkara həvalə etməlisən. Necə ki, Aygün Kazımova və Röya Ayxan bu vacib məsələdə stilist Anar Ağakişiyevə etibar edirlər. Sizə təqdim etdiyimiz şəkildən görmək olar ki, hər iki müğənni öz zahiri görkəmindən olduqca razıdır. Onların gözəlliyinə gözəllik qatan Anar isə barışmaz ulduzları birləşdirdiyi üçün məmnun görünür.

Şəkilin ən gözəl tərəfi isə odur ki, zahiri gözəllik fonunda daxili gözəllik əks olunur...

Könül Aypara

O.M.