Bred Pitt narkoman olduğunu etiraf etdi

Bred Pitt narkoman olduğunu etiraf etdi

27 Yanvar 2012 14:53
Bəyəndim (0) Bəyənmədim (0)
Oskar-2012 kino festivalında "Ən yaxşı kişi aktyoru" nominasiyasına namizəd olan məşhur aktyor özünü axmaq adlandırdı

İngiltərənin "Daily Telegraph" qəzetinin məlumatına görə, məşhur Hollivud aktyoru Bred Pitt bir zamanlar narkotikdən istifadə etdiyini boynuna alıb. Aktyor etiraf edib ki, bir müddət əvvələ qədər marixuanadan həddən artıq istifadə etdiyinə görə tez-tez depressiyaya düşürdü. Oskar-2012 kino festivalında "Ən yaxşı kişi aktyoru" nominasiyasına namizəd olan B.Pitt 1990-cı illərdə narkoman olduğunu və o dövrdə özünə nifrət etdiyini bildirib: "Mən məşhurluqdan gizlənmək üçün divanda oturaraq yavaş-yavaş axmağa çevrilirdim. Biz müddət sonra özüm özümü bezdirməyə başladım. Nəhayət, çətinliklə də olsa bu bəladan canımı qurtara bildim".

Məşhur aktyor özünü axmaq adlandırmaqda haqlıdır. Çünki ancaq axmaq adam jurnalistlərə bu sirri verərdi...

Aqil Hüseynov

O.M.