Aqua park “Klub 44”də gənc musiqiçi Vüqar Hüseynzadənin klipinin təqdimatı oldu

Aqua park “Klub 44”də gənc musiqiçi Vüqar Hüseynzadənin klipinin təqdimatı oldu

27 Yanvar 2012 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Aqua park "Klub 44"də gənc musiqiçi Vüqar Hüseynzadənin "Yaz xatirələri" adlı kompozisiyasının klipinin təqdimatı oldu. Mərasimi Avropa prodüseri Sultan keçirirdi. Təqdimatda bir çox tanınmış sənətçilər də iştirak edirdi. Klipin təqdimatı jurnalistlər tərəfindən çox maraqla izlənildi, hamı tərəfindən böyük alqışlar yağdırıldı.

İlk sualımız Vüqarın prodüseri Sultana oldu:

- Necə oldu ki, Vüqar bir çox prodüserlərin içində sizə müraciət etdi?

Sultan suala nədənsə əsəbi halda cavab verdi:

- Azərbaycanda bir çox sənətkarlar var ki, mənim onlara çox böyük köməkliyim dəyib. Vüqar 14 ildir musiqiylə məşğul olur. Mənə müraciət etməmişdən qabaq maraqlanıb, sonra müraciət edib. Biz yaxın qardaş və qohumuq. Vüqar ilk ud ifaçısıdır ki, bir yenilik gətirəcək musiqimizə. Bir çox alətlərdə də çox gözəl ifa edir. İnanıram ki, "Yaz xatirələri" kompozisiyasına kim qulaq assa, təsirlənəcək. İnşAllah bir-neçə ölkədə ən yaxın zamanlarda böyük bir proyektimiz olacaq.

Söhbət zamanı müsahibim bir çox prodüserlərin bostanına da daş atdı: "İndi prodüser yoxdur, disk daşıyan çoxdur. Mənim üçün prodüser sözü əziz və hörmətlidir. Mən əlimdən gələni edəcəm ki, Vüqar bir ud ifaçısı kimi sevilsin. Təqdim etdiyimiz musiqinin sözləri yoxdur. On beş saniyəlik bir türk filmindən götürülüb. Üç dəqiqə iyirmi səkkiz saniyəlik udla maraqlı ifa alınıb. Vüqarla kim qalmaqal etmək istəsə, qarşısında məni görəcək Çünki, yetərincə tanınmış həm prodüserəm, bir də VİP müğənniyəm".

Biz də gənc, istedadlı musiqiçi Vüqara sənət yollarında uğurlar arzu edirik!

Şəlalə Nəriman

Mehriban Bəylərqızı

O.M.