Murad Arifin "Stop" mahnısı ötən ilin hiti oldu

Murad Arifin "Stop" mahnısı ötən ilin hiti oldu

24 Yanvar 2012 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Gənc Tamaşaçılar Teatrında keçirilən "İlin Hiti" mükafatının təqdimetmə mərasimində 2011-ci ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə mükafatlar verilirdi. İlin hit mahnısı nominasiyasında mükafata Murad Arifin bəstələdiyi və Natəvan Həbibinin ifa etdiyi "Stop" mahnısı layiq görüldü. Bu barədə Oxumeni.az-a məlumat verən bəstəkar 2012-ci ilə uğurlu debütlə başladığından məmnun olduğunu bildirdi. M.Arif layiq əməyinə verilən qiymətdən daha da həvəsləndiyini və mükafatın ona stimul verdiyini qeyd etdi: "Çox sevindirici haldır ki, Nata üçün bəstələdiyim mahnı ilin hitinə çevrildi. Burada müğənninin əməyini də qiymətləndirmək yerinə düşərdi. Nata həm istedadlı müğənni, həm də sadiq dostdur. 2012-ci ildə işimə daha da həvəslə başlamışam. Artıq 3 mahnım hazırdır. Xəyyam Nisanov "Bakı-Moskva", Zamiq "O, mənə inanır", Faiq Ağayev "Riyaziyyat" mahnılarını ifa edəcəklər. Ümidvaram ki, həmin mahnılar da hitə çevriləcək."

Alim Nəbioğlu

O.M.