Tuba Büyüküstün ana oldu

Tuba Büyüküstün ana oldu

19 Yanvar 2012 22:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən iyul ayında aktyor Onur Saylak ilə sürpriz şəkildə Parisdə evlənən Tuba Büyüküstün bu gün ana oldu. Daha rəsmi şəkildə evlənməmişdən öncə hamilə qalan aktrisanın əkiz qızları dünyaya gəldi. Əldə etdiyimiz məlumata görə, əkizlərin və ananın sağlamlığında heç bir nasazlıq müşahidə edilməyib. O ki qaldı şanslı ataya, görün aktyorun olaya münasibəti necədir: "Şanslıyam! Niyə? Çünki sevdiyim qadın mənə bu gün iki uşaq birdən hədiyyə etdi. Bundan başqa Allahdan nə arzu edə bilərdim ki? Çox şükür ki, sevdiklərimin səhhətində də heç bir problem ortaya çıxmadı".

Analı-atalı böyüsünlər!

Günel Həbib