"Akasya Durağı" yasa boğuldu - aktrisa öldü

"Akasya Durağı" yasa boğuldu - aktrisa öldü

19 Yanvar 2012 21:56
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin əvvəlcə "Kanal D", sonradan isə "Star" tele-kanalında yayımlanan "Akasya Durağı"nın Şazimenti – Evin Esen öldü. Məlumata görə, aktrisa şəkər xəstəsi olduğu üçün anidən evindəcə nasazlaşıb. Dərhal xəstəxanaya çatdırılsa da, iddiaya görə, klinikanın reanimasiya şöbəsində yer olmadığından onu yaxınları başqa bir xəstəxanaya çatdırmaq məcburiyyətində qalıblar. Lakin 63 yaşlı Esen yoldaca infarkt keçirib və vəfat edib.

Onu da xatırladaq ki, usta aktrisa son dəfə "Akasya Durağı"nda rol almışdı. Ondan savayı isə "Tatlı Kaçıklar", "Çiçek Taksi" layihələrində iştirak edib.

Allah rəhmət eləsin!

Günel Həbib