Bəstəkar Əli Baxışın oğlu nakam məhəbbət yaşayır

Bəstəkar Əli Baxışın oğlu nakam məhəbbət yaşayır

19 Yanvar 2012 17:38
Bəyəndim (0) Bəyənmədim (0)
Qazanan Azərbaycan poeziyası olacaq

Görkəmli bəstəkar Əli Baxışın oğlu Fərid Baxış uğursuz məhəbbət yaşayır. Buna serial və nağıl da demək olar. Belə ki, iki sevən gənci ayırmağa çalışırlar. Demək olar ki, qız tərəf buna nail olub. Daha dəqiq desək, qızın toyu yaxın günlərə təyin olunub. Hətta toyun olacağı məkan və zaman dəqiqləşdirilib.

Fərid bu mənəvi imtahandan ləyaqətlə çıxdı. Sınmadı, əyilmədi. Ürəyində baş qaldıran hissləri, nakam məhəbbətini sətirlərdə yaşatmağa çalışdı. Artıq onun simasında oxucular yeni bir şairi qazandılar. Fikirlərində həyəcan, çaşqınlıq olsa da, düşüncələrində yetərincə bitkinlik olmasa da, ürəkdən gələn saf duyğular oxucuların rəğbətini qazanmaqdadır. Deməli, şeiriyyət aləmində yeni bir imza tanınmaqdadır.

Nakam məhəbbətin yeganə üstün cəhəti odur ki, şeiriyyət qazanır...

İsa Rəvan

O.M.