Müğənni İsa peyğəmbəri narkoman və əyyaş adlandırdı

Müğənni İsa peyğəmbəri narkoman və əyyaş adlandırdı

17 Yanvar 2012 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Tanınmış Polşa müğənnisi 1450 ABŞ dolları məbləğində cərimə olundu

Polşa məhkəməsi ölkədə populyar olan müğənnini cərimə edib. Səbəb onun İsa məsihi təhqir etməsi olub. Rusiya mətbuatının Polşa mediasına istinadən verdiyi məlumata görə, Doda təxəllüsü ilə tanınan Dorota Rabçeska müqəddəs "İncil" haqda mənfi fikirlər söyləməklə katolik dünyasında qınaq obyektinə çevrilib. Dini diffamasiyaya qarşı mübarizə aparan Polşa hökuməti ölkədə kök salan bu kimi fikirlərin qarşısını almağa çalışır. Doda hələ 2009-cu ildə verdiyi müsahibədə "İncilin həqiqəti əks etdirdiyinə inanmıram" fikrini səsləndirərək deyib: "Anaşa çəkmiş və əyyaş olan bir insanın yazdıqlarına inanmaq çətindir"

Xatırladaq ki, Varşava məhkəməsi müğənnini dini dəyərləri təhqir etdiyi üçün 5000 zlota (1450 ABŞ dolları) məbləğində cərimə edib.

Şou biznesdə mənəvi dəyərlər aşağı səviyyədə olduğu üçün dini dəyərləri başa düşən azdır...

Murad Şahməmmədov

O.M.