Aşıq Əli nəhayət ki, etiraf etdi!

Aşıq Əli nəhayət ki, etiraf etdi!

18 Yanvar 2012 12:36
Bəyəndim (0) Bəyənmədim (0)
"Aşıq Samirə minidə saz çalır"

Ötən həftənin qalmaqallı məsələlərindən biri də aşıq qadınların açıq-saçıq geyinməsi ilə bağlı oldu. Belə ki, aşıq Əli, "mən öz gözlərimlə görmüşəm ki, bir aşıq qadın mini geyimdə saz çalır. O aşıq mənimlə bərabər "Tural" şadlıq sarayında baş tutan toyda ifa edərək, oxuyub", - deməklə aşıqlar arasında çaxnaşma saldı. Hər kəs həmin qadının kimliyini müəyyənləşdirməyə çalışdı. Amma bir həftə yetmədi.

Nəhayət ki, aşıq Əli həmin qadının kimliyini açıqladı. Sən demə, açıq-saçıq geyimdə fotosesiya elətdirib, sonra həmin şəkilləri albomuna yerləşdirən açıq Samirə minidə saz çalırmış!

"Yadımda deyil həmin toy məclisi nə vaxt, hansı məkanda baş verib. Mən yalnız pulla dəvət aldığım məclislərə "veçerni" paltarda gedirəm. Adi vaxtda isə hər şey geyinirəm: mini də, maksi də, açıq-saçıq da. Bu, mənim şəxsi işimdir", - deyən aşıq Samirə də söz altında qalmayaraq, həmkarının cavabını bu cür verdi.

Xatırladaq ki, birinci evliliyi uğursuz alınan aşıq Samirə iki il bundan əvvəl prodüser Pərviz Məmmədovla rəsmi qaydada ailə qurub.

Könül Aypara