Əbdül Xaliq: "Bir gün sənətdən ayrılacam"

Əbdül Xaliq: "Bir gün sənətdən ayrılacam"

17 Yanvar 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni iqtisadçı olmaq istəyir

İncəsənət Universitetinin məzunu olan Əbdül Xaliq (keçmiş "N-brothers" qrupunun üzvü) hazırda İqtisadiyyat Universitetinin tələbəsidir. Müğənni ikinci təhsil almaqda məqsədli olduğunu bildirir. "Bəli, bu xəbər doğrudur. Səbəbi də var. 60-70 yaşına kimi oxumayacağam ki. Bir gün ola bilsin ki, səsim batdı. İnsan gərək öz peşəsinə hörmətlə yanaşsın. Mən incəsənət adamı bizneslə necə məşğul ola bilərəm? Bax, gələcəyi indidən düşünürəm. Nə vaxtsa bu sənətdən ayrılsam, onda biznes fəaliyyətinə başlayacağam. O gün mənə iqtisadi təhsil lazım olacaq", - deyə açıqlama verən Əbdül Xaliq həmkəndlisi Tünzalə Ağayeva ilə işbirliyini davam etdirəcəyini də sözlərinə əlavə etdi.

Pul qazanmaq özü də incə sənətdir...

Könül Aypara

O.M.