VİDEO-"Şınıx təranələri"nin müəllifi müğənni olacaq

VİDEO-"Şınıx təranələri"nin müəllifi müğənni olacaq

13 Yanvar 2012 23:23
Bəyəndim (0) Bəyənmədim (0)
Qarmon ustası əvvəllər də müğənnilik edib

Məşhur qarmon ustası, toylarda hitə çevrilmiş "Şınıx təranələri" rəqsinin müəllifi Habil Şınıxlı şou-biznesdə olmadığını desə də, toy biznesində uğurlar qazanmaqda davam edir. Qarmonçu toylarının çox olduğunu bildirməklə yanaşı, görünür, aldığı qonorardan bir o qədər də razı deyil. Belə ki, toylarda əsasən müğənnilərə yüksək məbləğlər verilir. Solo ifaçılarınsa qədrini bilən azdır. Deyəsən, elə bu səbəbdən bəstəkar və ifaçı Habil Şınıxlı indən belə müğənnilik etmək sevdasına düşüb. Özünün dediyinə görə, Gədəbəy rayonunun Şınıx qəsəbəsində yaşayarkən el şənliklərində müğənnilik edib. İndi isə bu istedadını bütün Azərbaycana nümayiş etdirmək fikrindədir.

Necə deyərlər, 3-ü birində ləzzətli olur...

Şəlalə Nəriman

O.M.