Elza Seyidcahan digər həmkarları ilə birlikdə YAP-a üzv oldu

Elza Seyidcahan digər həmkarları ilə birlikdə YAP-a üzv oldu

13 Yanvar 2012 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün bir qrup mədəniyyət və incəsənət işçisinə Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqələri təqdim olunub. YAP-ın baş ofisində keçirilən tədbirdə çıxış edən partiyanın icraçı katibi Əli Əhmədov bildirib ki, bu gün üzvlük vəsiqəsi alan aktyor, müğənni və rəssamlar YAP-ın bütün tədbirlərində fəal üzv kimi iştirak ediblər. YAP üzvlərinin sayının 560 minə yaxınlaşdığını deyən partiya rəsmisi yaxın vaxtlarda bunun 600 minə çatacağını vurğulayıb. Sonda partiya biletləri yeni üzvlərə təqdim edilib.

Qeyd edək ki, bu gün YAP üzvlük vəsiqəsi alanların sırasında müğənni Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, Cavanşir Məmmədov, Firuzə İbadova, Elza Qasımova (Seyidcahan), Lalə Məmmədova, aktyor Elməddin Cəfərov və digərləri olublar.

O.M.