İnsult keçirmiş Kəmalə Rəhimlinin dəstəyə ehtiyacı var!

İnsult keçirmiş Kəmalə Rəhimlinin dəstəyə ehtiyacı var!

13 Yanvar 2012 12:51
Bəyəndim (0) Bəyənmədim (0)
Sənətçiyə yardım etmək istəyənlərin nəzərinə

Azərbaycan mədəniyyəti uğrunda külüng döyənlərdən biri də Kəmalə Rəhimlidir. Hansı ki, bir müddət əvvəl insult keçirdiyindən xəstə yatağına düşüb. Hər kəs tərəfindən unudulan Kəmalə xanım hazırda həm maddi, həm də mənəvi cəhətdən əziyyət çəkməkdədir. Onun tam sağalaraq ayağa qalxmasından ötrü vəsait tələb olunur. Amma əfsuslar olsun ki, gözəl sənətçimizin buna imkanı çatmır.

Ümidvarıq, əməkdar artist Baloğlan Əşrəfova, xalq artisti Yaşar Nuriyə və s. sənət adamlarının sağlamlığındakı problemi aradan qaldırmağa yardım edən dövlətimiz Kəmalə xanımın səhhətinə də biganə qalmayacaq. Eləcə də həyatının yarıdan çoxunu səhnədə keçirən, ad-sanı, əxlaqı ilə yadda qalan bu sənətçiyə layiq olduğu fəxri ad da veriləcək. Çünki Kəmalə xanım həqiqətən də buna layiqdir. Onu da əlavə edək ki, bu günlərdə onun yubileyidir.

Necə deyərlər, sağlığında qiymət verin insanlara!

Könül Aypara

O.M.