Xaçmazda maşın piyadanı vurdu

Xaçmazda maşın piyadanı vurdu

12 Yanvar 2012 22:37
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz RPİ-nin məlumatına görə, bu gün rayon ərazisində yol nəqliyyat hadisəsi baş verib. Qəza Gəndob-Yalama yolunun 41-ci km-də Qusarçay kəndi ərazisində qeydə alınıb. 1982-ci il təvəllüdlü Xızı rayon sakini Həsənov Saleh Ağaşah oğlu idarə etdiyi 10 DY 436 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomaşınla Xaçmaz rayon Qusarçay kənd sakini, 1963-cü il təvəllüdlü İlham Seyfulla oğlu Mehdiyevi vurub. Xəsarət alan şəxs "Tofaş"ın sürücüsü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (MRX) çatdırılıb. Yaralının vəziyyəti kafidir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

O.M.