Snup Doq narkoman imiş

Snup Doq narkoman imiş

12 Yanvar 2012 22:07
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya şöhrətli reper Snup Doq məhkəməyə çıxarılacaq. O, narkotik maddəyə aludə olduğu üçün qanun çərçivəsində hakim qarşısında cavab verməli olacaq. Belə ki, qəhrəmanımızın tur avtobusunda polislərin keçirdikləri əməliyyat zamanı narkotik maddə tapılıb. Maddənin məhz özünə aid olduğunu etiraf edən Snupun, yəni Kalvin Broadusun 20 yanvar tarixində məhkəməsi keçiriləcək. O zamana qədər isə reper sərbəstdir.

Günel Həbib

O.M.