Elnarə Xəlilovanın saqqızı yoxa çıxdı

Elnarə Xəlilovanın saqqızı yoxa çıxdı

12 Yanvar 2012 21:37
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni canlı efirə baş barmağında saqqızla çıxdı

Müğənni Elnarə Xəlilova çoxdandır ki, efirlərdə görünmürdü. Üçüncü dəfə ana olandan sonra əsasən ANS telekanalının qonağı olan müğənni bu gün şeytanın ayağını sındırıb, İTV-nin "Yeni dalğa" verilişinə təşrif buyurmuşdu.

İlk öncə onu bildirək ki, Elnarənin yeni imici heç də özünə yaraşmır. Bu imiclə o, bir çox həmkarlarından, əsasən də "W-trio"nun qızlarından geri qalmaqdadır. Birdən-birə caza meyllənməsi isə ümumiyyətlə, Elnarənin stili deyil. Əlbəttə, bu bir tamaşaçı rəyidir.

""Qan" qrupu ilə işbirliyim davam edəcək. Xarici ölkələrdə də belə olur: müğənni istəyəndə birgə çalışdığı qrupla ifa edir, istəyəndə də tək oxuyur", - deyən müğənni özünü bir çox sahələrdə müəllim qismində də tanıtdı: "Mən iki universitet bitirmişəm. Diplomlarımla bir çox sahələrdə müəllimlik etmək hüququm var".

Bu, təqdirəlayiq haldır. Müğənnilərimiz təhsil sahəsində özlərini inkişaf etdirirlər. Kaş ki, bu inkişaf ədəb-ərkanda özünü büruzə verərdi. Əlbəttə ki. bu iradın Elnarəyə qətiyyən dəxli yoxdur. Qayıdaq yenə də "Yeni dalğa" verilişində baş verənlərə.

Veriliş boyu qəribə bir nüans gözdən qaçmadı. Belə ki, müəllimlikdən, təhsildən ağızdolusu danışan Elnarə sən demə, çeynədiyi saqqızı gizlətməyə macal tapmamışdı. O, saqqızını baş barmağının dırnağına yapışdıraraq, efirə çıxmışdı. Sonra isə saqqızı ağzına qoyub, bir qədər çeynədi. Verilişin ikinci hissəsində saqqız yoxa çıxdı. Çox güman ki, Xəlilovaya saqqız çeynəməsini kimsə irad tutmuş və o, saqqızını harasa tullamışdı.

Deyəsən, bu saqqız məsələsi Elnarənin son zamanlar efirlərdə az-az iştirak etməsindən irəli gəlib. O, artıq özünü naşı kimi aparmaqdadır. Ancaq tələbələrinə nümunə olmaq istəyən bir müəllimə bilməlidir ki, tamaşaçılar da onun digər peşəsinin tələbələridir. Onlara qarşı da bu qədər hörmətsizlik etmək düzgün deyil.

Könül Aypara

O.M.