Deyirlər ki, toy olacaq

Deyirlər ki, toy olacaq

12 Yanvar 2012 14:25
Bəyəndim (0) Bəyənmədim (0)
Reperlə rəqqasə ailə qurmağa hazırlaşırlar

Rəqqasə Oksana Rəsulova ilə reper Elşad Xose arasındakı böyük məhəbbətdən hər kəs xəbərdardır. Bəs bu məhəbbətin tezliklə rəsmiləşdiriləcəyindən necə?

Bəli, ötən ildən başlayan sevgi macərası bitmək deyil, əksinə, daha da qol-budaq atmaq üzrədir. Sevgililər 2012-ci ilin ikinci yarısından etibarən evlənməyi qərara alıblar. Belə ki, sevdiyi qadını yerə-göyə qısqanan, ondan bir an belə olsun ayrı qala bilməyən Elşad artıq onunla bir damın altında yaşamağı düşünür. Sevgisi qarşılıqlı olan reper fikrində qətidir və tez bir zamanda münasibətlərin rəsmiləşdiriləcəyini vurğulayır. Baxmayaraq ki, bu evlilik onun, həmçinin, tərəf müqabili olan Oksana Rəsulovanın valideynlərinin ürəyindən deyil. Bununla belə, hər iki tərəf böyüklərə hörmət etsələr də, onları heç bir qüvvənin ayırmağa gücü yetməyəcəyinə də əmindirlər.

Könül Aypara

O.M.