"Rəqsanənin 13-14 yaşlı qızı bir dəfə qoşulub qaçıb!"

"Rəqsanənin 13-14 yaşlı qızı bir dəfə qoşulub qaçıb!"

12 Yanvar 2012 21:25
Bəyəndim (0) Bəyənmədim (0)
Eks prodüser şok açıqlamaları ilə gündəmdədir

Rəqsanənin eks prodüseri Təranə Səmədova müğənnin ailəsi haqda şok açıqlamalar verməkdə davam edir. Belə ki, baş vermiş məlum hadisələrdə haqlı olduğunu sübuta yetirməyə çalışan Təranə bəzi şəxsi nüansları ictimaiyyətə çatdırmaqda davam edir. "Rəqsanənin 13-14 yaşlı o qızı bir ildir məktəbə getmir, bunun səbəbi internetdə çıxan şəkilləri deyil, anasının dediyi kimi. Sadəcə olaraq, o, yəni Aysu, bir oğlana qoşulub qaçmışdı. Sonra geri gətirildi. Bax, buna görə məktəbə getmir!" - deyə qəzəbini boğa bilməyən Təranə, görünür, bununla kifayətlənməyəcək. O, bir vaxtlar duz-çörək kəsdiyi Rəqsanənin şəxsi işləri haqda hələ çox açıqlamalar verməkdə iddialı görünür...

Könül Aypara

O.M.