Ulvira məhkəməyə hazırlaşır

Ulvira məhkəməyə hazırlaşır

12 Yanvar 2012 13:31
Bəyəndim (0) Bəyənmədim (0)
Teleaparıcını özündən çıxaran səbəb nədir?

İki gün öncə "Toy olsun" verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı meyxanaçı Tərlan Dağlı (Mustafayev) naməlum şəxslər tərəfindən bıçaqlanıb. Xatırladaq ki, bir müddət əvvəl yeni cütlük arasında münasibətlər pozulduğundan onlar boşanmaq üzrə olublar. Qərar birtərəfli qəbul olunub. Belə ki, məhz Ulvira həyat yoldaşının bəzi hərəkətlərinə dözməyib. Bu səbəbdən də ondan ayrılmaq istədiyini bildirib. Amma Tərlan bu qərarla razılaşmayıb. Belə bir vəziyyətdə ikən meyxanaçı bıçaqlanaraq, xəstəxanaya düşüb. Bu da söz-söhbətə səbəb olub. "Bəzi KİV-lərdə yazılıb ki, guya mənim də məsuliyyətə cəlb olunacağım gözlənilir. Həmin yazının müəllifini məhkəməyə verəcəyəm. Hələlik başım qarışıqdır, qoy Tərlan sağalıb xəstəxanadan çıxsın, sonra bu işin üstünə düşəcəyəm" - deyən Ulvira adının cinayətdə hallanmasından möhkəm əsəbiləşdiyini açıqlayıb. Onu da əlavə edək ki, artıq Tərlanın vəziyyəti stabilləşib. Onu bıçaqlayanların axtarışı isə davam edir.

Könül Aypara

O.M.