Elşən Xəzər polislərlə dalaşdı

Elşən Xəzər polislərlə dalaşdı

6 Yanvar 2012 17:26
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb yüksək sürət oldu

Şou biznesdə yeni bir hadisə baş verdi. Bu dəfə qalmaqal yox, yol nəqliyyat hadisəsi yaşandı. Meyxanaçı Elşən Xəzər bu gün şəxsi avtomobili ilə Sabirabada çəkilişə gedirdi. Space kanalının "Bizi barışdırın" verilişinin çəkilişinə tələsirdi. Odur ki, Pajero markalı 10 MN 088 dövlət nömrə nişanlı maşınını idarə edərkən sürət həddini aşdı. Maşın Sanqaçal yaxınlığında radara düşdüyündən postda polislər tərəfindən saxlanıldı. Yol polisləri sürücü Elşən Xəzərə yol hərəkəti qaydalarını pozduğunu bildirərək ondan sənədlərini istədilər. Onunla yol polisləri arasında mübahisə düşdü. Sözlü mübahisə get-gedə qızışmağa başladı. Maşında olan sərnişinlər Elşən Xəzəri güclə sakitləşdirib maşına oturtdular. Polislər inzibati qanun pozuntusu barədə protokol tərtib etdilər.

Ümumiyyətlə, bərk getmək lazım deyil...

Alim Nəbioğlu

O.M.