Universitetdə "Hari Potter" dərsi keçiriləcək

Universitetdə "Hari Potter" dərsi keçiriləcək

5 Yanvar 2012 17:58
Bəyəndim (0) Bəyənmədim (0)
Bəs məqsəd nədir?

Çinin Quanqco bölgəsində yerləşən Conqşan Universitetinin tibb fakültəsinin tələbələri "Hari Potter – genetik bilik" dərsi ala biləcəklər. Təbii ki, əgər istəsələr...

Xəbərə görə, 2011-2012-ci il tədris ilinin ikinci yarısında tələbələr "Hari Potter" dərsi keçəcəklər. Səlahiyyətlilər isə, "Hari Potter genetik biliyi daha da dərinləşdirəcək. Məsələn, biz tez-tez uşağın xarakterinin ana bətnində formalaşdığından bəhs edirik. Hari də bizimlə eyni fikirdədir. Onunla Voldemoart əslində qohumdurlar. Bəs nəyə görə biri yaxşı, digəri isə pisdir? Çünki Harini açıq ürəkli bir ana dünyaya gətirir" , – fikrindədirlər. Genetika bölməsinin əslində olduqca çətin olduğunu əlavə edən universitetin mütəxəssisləri film sayəsində tələbələrin bu tramplini aşacağını da vurğulayırlar.

Günel Həbib