Günün fotosu
Günün videosu
Şərhsiz
"Adını Feriha koydum" bizlərlə vidalaşır

"Adını Feriha koydum" bizlərlə vidalaşır

5 Yanvar 2012 00:10
2 324
Bəyəndim (0) Bəyənmədim (0)
Son bölüm nə zamandır?

Bu il ikinci sezonunu yaşayan, bir qapıçı qızının zəngin iş adamının oğlu ilə olan sevgi macərasından bəhs edən "Adını Feriha koydum" bizlərlə vidalaşmağa hazırlaşır. Serialın baş rol ifaçısı Hazal Kaya (Feriha) verdiyi açıqlamada bildirdi ki, bu ilin iyun ayında layihə 65-ci bölümü ilə seyircilərlə vidalaşacaq. Hekayənin məhz bu qədər olduğunu və uzatmağa ehtiyac duyulmadığını söyləyən gənc aktrisa belə bir layihədə iştirak etdiyi üçün xoşbəxt olduğundan da bəhs etdi.

Onu da xatırladaq ki, "Adını Feriha koydum"un Zehrası ilə Sanem xanımı döş xərçənginə tutulduqları üçün layihə anidən zərbələr almış, reytinqi axsamışdı.

Günel Həbib

O.M.