Tünzalə Əliyevanın kirayədə qalmasına səbəb var

Tünzalə Əliyevanın kirayədə qalmasına səbəb var

3 Yanvar 2012 15:39
Bəyəndim (0) Bəyənmədim (0)
Rəqibləri Toppuşbacının biznesi haqda şayiə yaydılar

Adətən toy şənliklərinə, eləcə də xınayaxdılara dəvətlər alan respublikanın əməkdar artisti, Toppuşbacı ləqəbi ilə tanınan Tünzalə Əliyevanın artıq iki ildir şəxsi biznes mərkəzi var. Belə ki, o, Nəsimi rayonu Azadlıq prospekti 89 A ünvanında "Şəbu-Nər" adlı studio açıb, hansı ki, burada el şənliklərinin, həmçinin, ad günlərinin, xınayaxdıların bəzənməsinə, təşkilatçılığına xidmət göstərilir. Artıq onu öz mərasimlərində görmək istəyənlər birbaşa əlaqə saxlamaq imkanını əldə ediblər. Gəzən söz-söhbətlərə görə, həmin biznes mərkəzi bağlanıb, guya Toppuş iflasa uğrayıb, nəticədə müflisləşdiyi üçün məkandan imtina etmək məcburiyyətində qalıb. Amma yuxarıdakı ünvanla əlaqə saxladıqda, bütün bunların şayiə olduğunu öyrəndik. Məlum oldu ki, söz-söhbəti eynən Toppuşbacının ofisindən açan bir başqa şou-biznes nümayəndəsi yaymaqdadır. Səbəb əlbəttə ki, məlumdur, rəqabət!

Hazırda Toppuşbacı kirayə mənzildə qalır. 2011-ci ildən razılıq edən aktrisa 2012-ci ilə yeni tikilidən mənzil alıb köçməyi, eləcə də avtomobilini sürücüsünə deyil, özünə həvalə etməyi arzulayır.

Burda və indi gülmək qadağandır...

Könül Aypara

O.M.