Göyçək Fatimə səfərə hazırlaşır

Göyçək Fatimə səfərə hazırlaşır

3 Yanvar 2012 15:13
Bəyəndim (0) Bəyənmədim (0)
Rəqqasənin avtomobili hələ təmirdədir

2011-ci ildən şikayətlənənlər arasında Göyçək Fatimə də var. İlin sonunda gözləri önündə qiymətli avtomobili yanan rəqqasə, "söhbət təkcə avtomobildən getmir. Ümumiyyətlə, bu il mənə düşmədi. Yaradıcılığımda bir çox layihələrim vardı ki, alınmadı və s. Yəqin 2012-nin sonunda bu qədər şikayətçi olmaram", - deyən Fatimə fevral-mart aylarında Azərbaycanı təmsil etmək üçün Beynəlxalq rəqs festivalına yola düşəcək. Hind rəqslərini ifa edən Oksana Rəsulovanı heç bəyənməyən tərəf müqabili İlham da onunla bərabər səfərə hazırlaşır.

Onu da əlavə edək ki, Fatimənin "Lexus" markalı maşını hələ təmirdən çıxmayıb. Hələ ki o, sürücü vasitəsilə işlərinin arxasınca gedib-gəlir. Əldə etdiyimiz məlumata görə, təmirdən sonra avtomobil sahibəsi tərəfindən satlığa çıxarılacaq.

Hər şeyin təzəsi, sənətin köhnəsi...

Könül Aypara

O.M.