Seda Sayanın özünə yaraşan avtomobili

Seda Sayanın özünə yaraşan avtomobili

20 Aprel 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Seda Sayan "Eylence" adlı gecə klubunda "İftira" adlı sinqalını tanıtdı. Müğənni məkana girərkən, onun lüks avtomobili diqqət çəkdi. İçi qara-qırmızı dəridən dizayn edilmiş balaca "avtobusa" televizordan tutmuş DVD, soyuducu, güzgü, film sistemi, masaj - müasir dövrlə ayaqlaşan bütün avadanlıqlar yerləşdirilib. "Mercedes" markalı avtomobilin qiyməti isə 50-100 min manat arası dəyişə bilir.

Son vaxtlar gecə həyatında tez-tez görülməsinə açıqlama gətirən sabahın sədası bunları söylədi: "Küçə-bacaya çox çıxmıram. Ən çox getdiyim yerlər restoranlar və ya həmkarlarımın çıxış etdiyi məkanlardır. Əsas sizin görmədiyiniz yerlərə gedirəm".

Jurnalistlərin Sibel Can, Hülya Avşar kimi starların fotoşop sayəsində özlərinə çəki-düzən verməsi ilə bağlı suallarını isə müğənni bu cür cavablandırdı: "Məncə, onların hər ikisi də gözəldir. Fotoşopa günümüzdə hamımız müraciət edirik. O, hər birimizin həyatında yerini alıb. Artıq insanlar fotolarını çəkib, ev şəraitində onu fotoşoplamağı öyrəndilər. Ona görə də burda qəribə heç nə yoxdur".

İnsanlar fotolarını "şoplasalar" da, müğənnilər özlərini tanınmaz hala salırlar.

Günel Həbib

O.M.