Azərbaycanlı biznesmendən biabırçılıq: Türk aktrisaya 1 gecəyə  1 milyon...

Azərbaycanlı biznesmendən biabırçılıq: Türk aktrisaya 1 gecəyə 1 milyon...

5 İyun 2018 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

"İstanbullu Gəlin" serialından tanıdığımız aktrisa Özge Borak ona gələn əxlaqsız təklifi instaqramda hesabında ifşa edib.

Mediainfo.az publika.az-a istinadən xəbər verir ki, özünü azərbaycanlı iş adamı kimi tanıdan bir istifadəçi aktrisaya instaqram vasitəsilə əxlaqsız təklif edib. İş adamı aktrisaya bu sözləri yazb:

"Moskvada yaşayıram. Səninlə 1 gecəyə 1 milyon dollar. Hesabını de, pulu dərhal yatırım".

Moskvada yaşayan həmyerlimizin əxlaqsız təklifi 36 yaşlı aktrisanı özündən çıxarıb:

"İzləyicilərimin yazdığı mesajları ədətən çox paylaşmıram. Çox gülməli və çox maraqlı olanları paylaşıram. Qadın, kişi fərq etməz, hamıya olmasa da, bəzilərinə cavab verməyə çalışıram, bilən bilir. Bundan başqa, sevgi mesajları da çox olur, sağ olun. Məncə, ümumilikdə gələn mesajların çoxunda mənə qarşı hörmətsizlik yoxdur. Amma bu hədsizliyə artıq nə deyəcəyimi bilmədim. Murdar, hədsiz. Biz onun serialını çəkdik, canım".