Roza Zərgərli Mətanəti tərbiyəsiz adlandırdı -video

Roza Zərgərli Mətanəti tərbiyəsiz adlandırdı -video

4 İyun 2018 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

ATV-də yayımlanan "Maşın" realiti-şousunun budəfəki buraxılışı da qalmaqalsız ötüşməyib.

Aparıcı Mətanət Əliverdiyeva ilə müğənni Roza Zərgərlinin sözü çəp gəlib. Belə ki, 9 iştirakçının seçimi ilə 5-ci oyunda "Qurd" ləqəbli reper Fərid İmanov səsverməyə çıxıb. Mətanət aparıcı İlhamə Bədəlovanı çıxaracağını deyən "Qurd"un getməsi üçün səs istəyib. Bu isə Rozanı əsəbiləşdirib.

"Sən bizə 2 gündür imkan vermirsən" deyən Zərgərliyə Əliverdiyeva "Yuyulmamış çömçə kimi ortaya atılırsan" deyib. Bundan daha da hiddətlənən Roza "Mən sənə Aytən Səfərova deyiləm. 45 yaşın var, tərbiyən olsun" söyləyib. Qarşı tərəf isə "Tərbiyəsiz özünsən" deyə reaksiya verib. Daha sonra mübahisə daha da qızışıb.

Qafqazinfo