Doğulmamış körpənin yolunda sərvət xərclənir

Doğulmamış körpənin yolunda sərvət xərclənir

19 Aprel 2011 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Şou dünyasının ən ünlü cütlüklərindən biri olan Devid-Viktoriya Bekhemlər yolunu gözlədikləri qızları üçün portmanatlarının ağzını açdılar. Ötən ay dördüncü uşağa hamilə olduğunu söyləyən Viki hələ doğulmamış uşaq üçün indidən sərvət xərcləyir. Belə ki, uzun zamandır xəyal etdikləri qız uşağına qovuşmağa hazırlaşan Bekhemlər balaca üçün evdə iki ayrı otaq hazırlayıblar. Otağın son dəb rənglərlə boyanmasına xüsusi diqqət göstərən modaçı hətta dayənin də libaslarını ayırıb. Çünki dayənin paltarlarının rəngi uşağın zehni inkişafına müsbət təsir göstərməlidir. Qızının lay-layları yaxşı eşitməsi üçün səs sistemini divarın içinə döşədən evin xanımı xüsusi işıqlandırmaları da yaddan çıxartmayıb.

Bu aralar yalnız qızlarının sağlam doğulmasına diqqət göstərən cütlük onu əsl şahzadə kimi böyütmək fikrindədir.

Yazıq kasıbın halına...

Günel Həbib

O.M.