Arif Səlimov yeni mahnı bəstələdi: “Sən gətirmisən”

Arif Səlimov yeni mahnı bəstələdi: “Sən gətirmisən”

29 Mart 2018 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Hər zaman yeniliklərə imza ataraq yeni səslərə dəstək olan bəstəkar-müğənni Arif Səlimov bu dəfə də ənənəsinə sadiq qalaraq yeni bəstələdiyi "Sən gətirmisən" adlı mahnısını nəğməsevənlərinə ərməğan etdi. Yeni bəstəsi haqqında Arif Səlimov bunları dedi:

" Daima gənclərlə çalışıram, yeni səslərə dəstək oluram. Bundan zövq alıram. Mən bunu sənət müəllimim Şəfiqə Axundovadan öyrənmişəm.

Bu yaxınlarda mənim illərlə sevə-sevə oxuduğum "Oxu Məni" qəzetində dərc olunan sözləri dəyərli yazar Emil Tahiroğluna aid olan Sən gətirmisən adlı şeirinə mahnı bəstələdim. Sözlər o qədər xoşuma gəldi ki, gecə saat 3-də mahnını yazdım. Aranjeman Vüsal Ömərova məxsusdur. Mahnını gənc müğənni, yanıqlı səsi olan Lamiyə Abdullayeva oxuyub. Tezliklə Lamiyə xanım bu mahnıya klip də çəkdirəcək. Klip hazır olanda nəğməsevənlər üçün təqdimatı da keçiriləcək.

Sizlərə də çox sağ olun deyirəm ki, hər dəfə yeni mahnım haqqında oxuculara məlumat verirsiniz".

İsa Rəvan