"Ali kaptan" xəstəxanadan ifadə verməyə getdi

"Ali kaptan" xəstəxanadan ifadə verməyə getdi

30 Noyabr 2011 23:44
Bəyəndim (0) Bəyənmədim (0)
O, porno görüntüləri olduğunu inkar etdi

"Öyle Bir Geçer Zaman ki" serialının Ali Kaptanı Erkan Petekkaya səhər saatlarında İstanbul Polis İdarəsinə getdi. Türkiyə mətbuatının verdiyi məlumata görə, iki gündür xronik zökəmlə xəstəxanada müalicə alan aktyor barəsində çıxan dedi-qoduları təkzib etdi. O, dırnağının sındığı üçün barəsində əsassız söz-söhbətlərin yarandığını, guya polis tərəfindən fiziki təzyiqlərə məruz qaldığı xəbərlərini yalanladı:

''Bundan 8-9 ay əvvəl kimsə mənim adımdan istifadə edərək polis idarəsinə E-mail məktub yazmışdı ki, guya mənim gizli seks görüntülərimi çəkiblər və buna görə kimsə məni şantaj edir. O vaxt mən bu xəbəri təkzib etdim və söhbət bağlandı. Onsuz da il ərzində mənə şantaj xarakterli 30-40 zəng gəlir. Guya mənim haradasa porno görüntülərim əllərinə düşüb. Məqsədləri məndən pul çəkməkdir.

İndi isə polis elə zənn edir ki, mən İzmirdə yaşayan qohumum Müzəffər Kosedən kömək istəmişəm. Mənim elə bir uzaq qohumum var, hərdən zəngləşirik. Amma ondan heç vaxt nəyə görəsə kömək istəməmişəm. Müstəntiqlər onun mənim qohumum olduğunu bilmədikləri üçün zəngləşməyimiz səhv anlaşılıb".

Serialda qadınlar Ali kaptanın başına elə oyun açıblar ki, aktyor həyatda da qadınlara yaxın durmaqdan qorxur...

Fuad Borçalı

O.M.