Faytonçu Nazim həyatı barədə sənədli film çəkdirir

Faytonçu Nazim həyatı barədə sənədli film çəkdirir

29 Noyabr 2011 15:42
Bəyəndim (0) Bəyənmədim (0)
Sənədli filmi 250 min manata çəkən Aqil.M.Quliyev Faytonçu Nazimdən nə qədər pul istədi?

Klipmeyker Aqil M Quliyev Faytonçu Nazim üçün yeni sənədli filim çəkir. Filimin redaktoru İkram Əliyev, prodüseri Ülvi Qasımov, operatoru Elmir Süleymanovdur. Faytonçu Nazim oxumeni.az saytına sənədli film haqda məlumat verdi: "Sənədli film mənim həyat və yaradıcılığımdan bəhs edəcək. Artıq iki-üç gündür çəkilişlər başlayıb. Film bir saat iyirmi dəqiqə olacaq ,yeni mahnılarım da səslənəcək".

Sənədli film haqda verdiyimiz "filmin smetası nə qədərdir" sualından müğənni ustalıqla yayındı: "Bilirsiniz, Aqillə biz dostuq, heç bir məbləğ haqqında söhbətimiz olmayıb. Ümumiyyətlə götürəndə isə, Aqil M Quliyev bir sənədli filmi 250 min manata çəkir. Bizim aramızda hələ bu barədə söhbət olmayıb".

Yaradıcılıq planlarına toxunan müğənni yeni disk üzərində işlədiyini bildirərək dedi: "Yeni diskim bu yaxınlarda işıq üzü görəcək, həmin diski rəhmətlik dostum Rüfət Mehdiyevin xatirəsinə həsr edəcəm. Bilirsiniz ki, Rüfət Mehdiyev ailə dostum olub, diskin də adı bu səbəbdən Rekviem olacaq".

Həyat bir filmdir. Təki tragikomik janrda olmasın...

Şəlalə Nəriman

O.M.