"İDEAL" qızların təqdimatı oldu

"İDEAL" qızların təqdimatı oldu

29 Noyabr 2011 10:33
Bəyəndim (0) Bəyənmədim (0)
Küləklər şəhərində "İdeal" qızlara yer olacaqmı?

Şou-biznes aləminə yeni bir qrup daxil oldu - "İdeal" qızlar qrupu. Qrupun prodüseri Milli Qəhrəman Mübariz İbrahimovla bağlı möhtəşəm layihənin rəhbəri Səbinə Rəcəblidir.

Qrup oxuduğu "Küləklər şəhəri" adlı mahnıya çəkdirdikləri klipi tamaşaçılara və mediaya təqdim etdilər. Klipin təqdimatı və qrupun tanıtım mərasimi olduqca maraqlı keçdi. Klipi tanınmış rejissor Samir Qulamov çəkib. "Küləklər şəhəri" klipində Bakımızın gözəllikləri, tarixi abidələri, gözəl mənzərəli rejissorun öz duyumunda fərqli şəkildə təqdim olunub. Sualtı çəkilişlər klipə xüsusi gözəllik verib. Qızların fərqli, rəngarəng geyimləri klipi bütövlükdə tamamlayır. Qrupun tanınmasına xidmət edən amillərdən biri də "Küləklər şəhəri" serialında çəkilən aktyorların yaxından iştirakıdır.

Rejissor, əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov, şair əməkdar incəsənət xadimi Baba Vəziroğlu klipdə rejissor işi, aktyor oyunu haqda ürəkdolusu danışdılar, klipin qrup üzvlərinin yaxından tanınmaq baxımından məqsədəmüvafiq olduğunu xüsusi vurğuladılar. Qızların səhnəyə çox yaraşdıqlarını və efirdən baxımlılıq dərəcəsindən tələbatlı olacaqlarını da dilə gətirdilər. Əməkdar artist Naibə Allahverdiyeva, bəstəkar Arif Səlimov, müğənnilərdən Fərid Abbasbəyli, Yaqut Qarabağlı, Məsumə Əliyeva, Sevda Kazımova, Zahidə Günəş, Samirə, Sabrina, skripka ifaçısı Səlim qrupu təbrik etmək üçün mərasimə qatılmışdılar.

Tədbirdə rəngarəng musiqi nömrələri bir-birini əvəz etdi. Mətbuat işçiləri sənət adamları ilə birlikdə doyunca rəqs edib, şənləndilər.

Musiqi ruhun qidasıdır. Hər birinizə nuş olsun!

Alim Nəbioğlu

O.M.