"Türkiyədə Zeynəb Xanlarovadan sonra məni tanıyırlar" -

"Türkiyədə Zeynəb Xanlarovadan sonra məni tanıyırlar" -

3 Mart 2018 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət öncə ifası ilə İbrahim Tatlısəsi ağladan azərbaycanlı müğənni Zenfira İbrahimova iddialı açıqlama verib. "APA TV"-nin "Show time" verilişinə qonaq olan ifaçı bildirib ki, artıq onu Türkiyədə tanıyırlar:

"Söz vermişdim ki, bu barədə danışmayacam, amma alınmadı. Türkiyədən təklif almışam. Bu aydan etibarən işlər başlayır. İbrahim Tatlısəsin yanında oxuduğum videoaya baxandan sonra özləri məni tapıblar. Artıq məni Türkiyədə tanıyırlar. Bu sözləri tam səmimi deyirəm. Hətta İbrahim bəylə olan videomuz yayımlanandan sonra Bakıya qayıdırdım, maşınımızı yoxlamaq məqsədi ilə bizi polis saxladı, mənə baxan kimi dedi ki, bu İbrahimi ağladan Zenfira İbrahimovadır. Artıq orda çölə çıxanda da məni tanıyırdılar. İstəməzdim ki, Türkiyədə elə də populyar olum, amma sənət baxımından tanıyırlar. Türkiyədə insanlara sual verdim ki, Azərbaycandan kimi tanıyırsız? Dedilər ki, Zeynəb Xanlarovanı. İnşallah 2-ci yerdə də Zenfira İbrahimova".