VIDEO-Müğənni Xatun ilk dəfə mərasim keçirdi

VIDEO-Müğənni Xatun ilk dəfə mərasim keçirdi

24 Noyabr 2011 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün müğənni Xatunun "Trend" mətbu evində "Limitin bitdi" adlı ilk albomunun və Xatun.az saytının təqdimat mərasimi keçirildi. Tədbirin müğənninin ad günü ərəfəsində baş tutması təsadüfi deyildi. 28 noyabrda olacaq ad gününü Xatun ilk növbədə jurnalistlərlə qeyd etmək istəyirdi. "Limitin bitdi" adlı mahnının sözləri jurnalist Elşad Ümidə, musiqisi Xatuna aiddir. Müğənni tədbirin baş tutması üçün qardaşı Balaşa, modelyer Şəlalə xanıma və təqdimatın təşkilatçısı Tahirə xanıma minnətdarlığını bildirdi. Müğənni tədbir zamanı bir çox tanınmış müğənnilərin bostanına daş atdı. Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Buyurun təqdimat mərasiminə baxın.

Şəlalə Nəriman

Mehriban Bəylərqızı

O.M.