VİDEO-Müğənni canlı efirdə türkləri təhqir etdi

VİDEO-Müğənni canlı efirdə türkləri təhqir etdi

10 Noyabr 2011 22:19
Bəyəndim (0) Bəyənmədim (0)
"Mən türk deyiləm, azərbaycanlıyam, özü də dağlı balasıyam" deyən müğənni canlı efiri yarımçıq tərk etdi

Bu gün ANS-in "Günəbaxan" verilişində "yerli müğənnilərin xaricdə qarşılaşdıqları problemlər" mövzusu müzakirə olunurdu. Qonaqlar arasında müğənni Nadir Qafarzadə də var idi. O, verilişin əvvəlində soyuqqanlı görünsə də, mövzu Türkiyə şou biznesinə gəldikdə, emosiyalarını cilovlaya bilmədi. Belə ki, əsəbi halda "mən türk deyiləm, azərbaycanlıyam, özü də dağlı balasıyam" deməklə aparıcını pis vəziyyətdə qoymuş oldu. Veriliş canlı yayımlandığından onun sözünü kəsmək mümkün olmadı. Yaranmış vəziyyətdən istifadə edən müğənni daha da aqressivləşərək fikrinə bir qədər də "aydınlıq" gətirdi. "Türklər mənim millətimə əxlaqsızlıq, rüsvayçılıq gətirdi", "siz türk olun, mən isə azərbaycanlı, bu gün -sabah gəlib qalan torpaqları da onlar alsınlar" kimi kobud ifadələrlə verilişdə qalmaqal yaratdı. Lakin çox keçmədən aparıcının müdaxiləsindən sonra sözlərinə bir qədər düzəliş verməli oldu və türk xalqının qəhrəman, döyüşkən ruhlu olduğu barədə fikirlər söylədi. Lakin bu zaman "biz sabunsuz giririk, hamımız eyniyik" replikasını da dilə gətirdi. Tamaşaçılardan birinin Türkiyə-Azərbaycan dostluğu barədə səsləndirdiyi şeir parçasından sonra Nadir Qafarzadə əsəbiləşərək efiri tərk etdi.

Siyasətçilər şou biznes adamı olduqları kimi müğənnilər də hərdən siyasətlə məşğul olurlar...

Sərvər Aslanov

O.M.