Eddi Mörfi "Oskar" mükafatlandırılması mərasiminə aparıcılıq etməkdən imtina etdi

Eddi Mörfi "Oskar" mükafatlandırılması mərasiminə aparıcılıq etməkdən imtina etdi

10 Noyabr 2011 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

Zman.com saytının məlumatına görə, tanınmış aktyor Eddi Mörfi "Oskar" mükafatlandırılması mərasiminə aparıcılıq etməkdən imtina edib. O, yaxın dostu olan kinorejissor Brett Retnerin istefasından 6 saat sonra qərarını verib.

Xatırladaq ki, Retner cinsi azlıqlar barədə mənfi rəy söylədikdən sonra 26 fevral 2012-ci ildə nəzərdə tutulan 84-cü "Oskar" təqdimatının prodüseri vəzifəsindən istefa verməli olmuşdu.

Deyəsən, artıq normal oriyentasiyalı insanlar cinsi azlıqda qalıblar...

Hafiz Əhmədov

O.M.