Faiq Ağayev maddi sıxıntı içərisindədir

Faiq Ağayev maddi sıxıntı içərisindədir

8 Noyabr 2011 15:43
1 249
Bəyəndim (0) Bəyənmədim (0)
Toyların sayı və toya görə verilən qonorar kəskin azalıb

Xalq artisti Faiq Ağayev toyların olmamağından şikayət etdi. Bu səbəbdən kommunal xərcləri ödəməkdə çətinlik çəkdiyini bildirdi.

ATV kanalında yayımlanan "XXII saat" adlı verilişdə "Bizim şou biznes" mövzusu müzakirə olunurdu. Verilişdə bir çox müğənnilərlə birgə iştirak edən xalq artisti istər jurnalistlərin fəaliyyətini tənqid etdi, istərsə də şou biznesdəki mövcud vəziyyətdən gileyləndi. O, proqram boyu dəfələrlə maddiyat mövzusuna toxunaraq toyların sayının və qonorarların kəskin şəkildə azaldığını bildirdi və əlavə etdi ki, indiki dövrdə ən populyar müğənni belə maddi çətinlik çəkir. Çünki onların əməyi ya piratlar tərəfindən oğurlanır, ya da toy sahibləri tərəfindən layiqincə qiymətləndirilmir.

Şou biznes toy-biznesə çevrildiyi üçün bir çox sənət adamlarına toy tutulur...

Könül Aypara

O.M.