Səbinə mükafat alan müğənniləri tənqid etdi: “200 manatınıza heyfiniz gəlsin”

Səbinə mükafat alan müğənniləri tənqid etdi: “200 manatınıza heyfiniz gəlsin”

28 Dekabr 2017 09:57
222
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Səbinə Əskərova bəzi şou nümayəndələrini tənqid edib.

Səbinə bəzi mükafatları qeyri-ciddi qəbul etdiyini bildirib: "Məndən heç kim inciməsin. Bəsdirin cammati gic yerinə qoydunuz! Sözüm geydirmə gözəllik yarışmalarının təşkilarçılarınadır. Hərə 3 aydan bir 10 nəfəri yığıb, gözəl seçir. Adını da qoyur Azerbaycanın gözəli filankəs seçildi. Kim seçdi? Harada seçildi?! Hansı bədən ölçüləri ve üz cizgilərinə görə seçildi o gözəl? Səhv etmirəmsə, burada seçiləndən sonra həmin "gözəl" Beynəlxalq gözəllik yarışmasına da qatılmalıdır axı? Niyə burada seçilir və yoxa çıxır? Heç olmasa, Azerbaycanın ən gözəli adını verməyin.

Müğənni qeyd edib ki, bu cür mərasimlər pul qarşılığında baş tutur:
"Bu işi ya ciddi – rüşvətsiz görün ya da başqalarına həvalə edin. Sözüm eynilə pul ilə mükafat alan bəzi müğənnilərə, aparıcılara, gətiricilərə və ötürücülərədir. Özünüzə hörmət edin, özünüzü aldatmayın. Bir də görürsən ki, ilin ən yaxşı mahnısı, müğənnisi, klipi seçirlər. Haradan oldu ilin ən yaxşı müğənnisi? Hansı ki, heç bir dəfə də eşidilməyib. Ya da elə əndrabadi müğənniyə ilin ən yaxşı müğənnisi mükafatı verirlər ki, o müğənnini qohumlarından başqa heç kim tanımır. 200 manatınıza heyfiniz gəlsin. Hamı sizə gülür. Həm gülünc vəziyyətə düşürsüz, həm də pulunuz gedir. Şəxsən mən sizə bax bələ gülürəm".Azxeber.com