"Sevgi üçün qanunlara qarşı çıxaram”

"Sevgi üçün qanunlara qarşı çıxaram”

27 Dekabr 2017 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Aktrisa Pınar Altuğ özündən 10 yaş kiçik aktyor həyat yoldaşı Yağmur Atacana sevgisini etiraf etməkdən yorulmur.

Mediainfo.az Axşam.az-a istinadən xəbər verir ki, gənc qızların təhsilinə dəstək olmaq məqsədilə keçirilən kampaniyaya daxil olan aktrisa bu dəfə də Yağmura sahib çıxıb.

O, əri ilə şəklini paylaşaraq yazıb:

"Sevgi üçün qanunlara qarşı çıxaram. Çıxdım da. Bəs, sən sevgin üçün nə etdin?"
Qeyd edək ki, Pınar 43, Yağmur 34 yaşındadır. 2008-ci ildə ailə quran cütlüyün Su adlı bir qızı var.