Türk seriallarının ard-arda yayımı dayandırılır

Türk seriallarının ard-arda yayımı dayandırılır

3 Noyabr 2011 12:29
Bəyəndim (0) Bəyənmədim (0)
"Sensiz olmaz" da bitdi!

Türk tele-kanallarındakı yarpaq tökülüşü mənzərəsi hələ də davam etməkdədir. Sezona böyük ümidlərlə başlayan "Sensiz olmaz" bitdi. "Ay tutulması" isə bitmək üzrədir.

"Gün Akşam Oldu", "Yalancı Bahar", "Reis", "Bir Günah Gibi", "Ay Tutulması" ve "Zehirli Sarmaşık"dan sonra yuxarıda adlarını qeyd etdiyimiz layihələr də mavi ekranla sağollaşır. "Sensiz olmaz" gözlənilən reytinqi yığmadığı üçün yayımına son verildi. "Ay tutulması" isə lazımi reytinq yığmasına baxmayaraq, "Star" tv-nin sahibi dəyişdiyi üçün yeni şirkət bu serialın yayımdan qaldırılmasını tələb edib. Məhz bu səbəbdən də serial gələn həftə bizlərə əlvida deyəcək.

Günel Həbib