"Analıq hissi yaşaya bilmirəm" - efirdə ağladı, video

"Analıq hissi yaşaya bilmirəm" - efirdə ağladı, video

22 Dekabr 2017 14:21
262
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Mənzurə Musayeva "Bizimləsən" verilişinə qonaq olub.

Bu yaxınlarda övladlığa götürdüyü qızı Çinarəyə toy edən sənətçi qızının xeyir işindən danışıb.

Mənzurə aparıcı Zaur Baxşəliyevin "Toya ən az nə qədər pul yazdıran oldu" sualına belə cavab verib:

"Qızımın toyuna 300 nəfər çağırmışdım, 500 oldu. Ən az 200 AZN, ən çox 500 manat pul yazdırıblar. 500 dollar salan da oldu. Borclarım var idi, ödədim".

Övlad dünyaya gətirə bilmədiyini deyən müğənni ağlayıb:

"Bala hissini yaşamamışam, bilmirəm. Ola bilər ki, ana-ata olanlar o hissi yaxşı duyur. Çinarəni çox sevirəm, istəyirəm ki, hər şey ürəyincə olsun. Amma yenə də analıq hissi yaşaya bilmirəm. Bilmirəm, doğurdan da, analıq belə olur?".

Qeyd edək ki, M.Musayevanın övladlığa götürdüyü Çinarə onun qardaşının qızıdır.

Axşam.az