“Müğənnilər Telmanın qarşısında diz çökürdülər” - Şok iddia

“Müğənnilər Telmanın qarşısında diz çökürdülər” - Şok iddia

18 Dekabr 2017 18:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın tanınmış estrada müğənnisi Avraam Russonun arvadı Morella ilə qalmaqallı boşanma prosesində bu dəfə iş adamı Telman İsmayılovun da adı hallanıb.

Mətbuatın əlinə keçən telefon danışıqlarının birində Morellanın müğənni ərinə "Avraam, Telmansız, İosifsiz sən heç kimsən" ifadəsini işlədib.

Burada söhbətin azərbaycanlı iş adamı Telman İsmayılov və prodüser İosif Priqojindən getdiyi məlum olub.

Arvadının iddiasına görə, restoranlarda oxuyan, əslən Suriyadan olan əri Abraham Janoviçə Moskvaya gəlməsinə və Avraam Russo ilə məşhurlaşmasına adını çəkdiyi şəxslər bir zamanlar yardım ediblər.

Müğənni isə açıqlamasında deyib: "Mən qorxaq deyildim və Telmanın yanından 2003-cü ildə getdim, puluna şirniklənmədim. Həmin zamanlarda o, biznesmen kimi karyerasının zirvəsində idi, baxmayaraq ki, o, güclü və qüdrətli insan idi.

Digər artistlər isə ətrafında dolanırdılar, qarşısında diz üstə dayanırdılar. Ən böyük estrada ulduzları Telmanın qarşısında diz çökürdülər və ona deyirdilər: "Sən Allahsan! Sən çarsan!" Mən ki onun qarşısında sürünmür, yaltaqlıq etmirdim. Halbuki, o məni yer üzündən silə bilərdi". Qafqazinfo