Ayrılığın əsl səbəbi bəlli oldu - qayınana

Ayrılığın əsl səbəbi bəlli oldu - qayınana

17 Dekabr 2017 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

9 illik ailə həyatından sonra ayrılmaq qərarına gələn müğənni Mustafa Sandalla həyat yoldaşı, serbiyalı ifaçı Eminanın boşanma səbəbi məlum olub.

Emina Mustafanın anası Tülin İleri ilə mübahisə etdiyi üçün bu addımı atmaq məcburiyyətində qalıb.

Bildirilir ki, bundan əvvəl də qayınanasının uşaqların tərbiyə işlərinə qarışdığı üçün ifaçı ilə aralarında narazılıqlar olub.

Xatırladaq ki, bundan əvvəl cütlüyün Eminanın vətəni Serbiyaya dönüb orada müğənnilik etmək və bədxərc olmasına görə ayrıldığı deyilirdi. Daha sonra açıqlama verən sənətçi xəbərləri yalanlamışdı.

Axşam.az