Zaur Kamalın bostanına yeni daş atdılar-video

Zaur Kamalın bostanına yeni daş atdılar-video

16 Dekabr 2017 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

AZTV-nin solisti, müğənni Fuad Musayev "Xəzər" televiziyasında yayımlanan "5-də 5" verilişində aparıcı Zaur Kamalın həmkarları Sevil-Sevinc bacılarına banan yedirtmək istəməyinə münasibət bildirib.

Mediainfo.az ölkə.az-a istinadla xəbər verir ki, F.Musayev ad çəkməsə də, aparıcını kəskin tənqid edib:

"Adını çəkmək istəmədiyim verilişlərin birində qız müğənnilərə banan yedirtdilər. Sizi biabır olasınız. Bu da televiziyanın millətə verdiyi tərbiyə. Siz hara baxırsınız? Camaatın ailəsi, övladları var, heç utanırsınız? Televiziyanı pornoqrafiyaya döndərmisiniz. Mədəniyyətimizin qəsdinə durmusunuz? Nə bir normal musiqi verirsiniz ki, adam baxanda ürəyi açılsın, nə normal müğənnilər dəvət edirsiniz. Siz bu camaatı nə hesab edirsiniz? Elə bilirsiniz ki, heç kim heçnə başa düşmür? Zövqsüz siz özünüzsünüz, sizin qandığınız "potolok" elə ora kimidir!!! Bəsdirin artıq, STOP!"

Qeyd edək ki, bir neçə gün öncə Zaur Kamal aparıcısı olduğu proqramda "Hər şey daxil" verilişinin aparıcısı olan Sevil-Sevinc bacılarından birinə banan yedirtməyə çalışmışdı.