Nüşabə Ələsgərli erməni fanatından danışdı: Onunla qucaqlaşdım...

Nüşabə Ələsgərli erməni fanatından danışdı: Onunla qucaqlaşdım...

16 Dekabr 2017 00:55
256
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Nüşabə Ələsgərli "5-də 5" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı xarici ölkələrdən birində konsert proqramı zamanı başına gələn hadisədən danışıb:

"Konsertdə çıxış edirdim. Çoxlu tamaşaçılar var idi. Birdən bir ağbirçək qadın səhnəyə gəldi, məni qucaqlayıb öpdü. Mən də onunla qucaqlaşdım. Konsertdən çıxanda gördüm ki, gül dəstəsi ilə məni gözləyir. Onu Azərbaycana dəvət etdim. Amma gələ bilməyəcəyini dedi. Səbəbini soruşduqda isə "Mən Gəncə ermənisiyəm, gələ bilmərəm" cavabını verdi".