Ayaz Qasımov bizə etiraf etdi

Ayaz Qasımov bizə etiraf etdi

18 Aprel 2011 17:25
Bəyəndim (0) Bəyənmədim (0)
"Verilişdən özüm imtina etmişəm"

Murad Arifin tövsiyəsi ilə "Solo" verilişində aparıcılıq etməyə dəvət alan Ayaz Qasımovun birdən-birə sözügedən verilişdən uzaqlaşdırılması hələ də müəmmalı olaraq qalmaqdadır. Məsələ ilə əlaqədar A.Qasımovla telefon bağlantısı yaradıb baş verənlərə aydınlıq gətirməyə çalışdıq. "Düzdür, məni ora Murad Arifin məsləhəti ilə dəvət etmişdilər, amma kimsənin xahişi ilə uzaqlaşdırmayıblar. Verilişdən özüm imtina etmişəm. İşlərim arxa plana salınırdı, yaradıcılığıma vaxt ayıra bilmirdim. Ona görə belə qərara gəldik ki, aparıcılığıma bir müddətlik ara verim və vaxt itirmədən işlərimə başlayım", - deyə açıqlama verən Ayaz hazırda yeni albomu (qeyd: hələlik albomun adı müəyyənləşməyib) və klipi üzərində işləyir. Bir müddətdən sonra o, yenidən aparıcılıq qabiliyyətini nümayiş etdirməyi düşünür.

Deyəsən, aparıcılığın "toy-biznes"ə xeyri olmadı. Şou-biznesə isə əməlli-başlı ziyanı oldu...

Könül Aypara

O.M.