Emina Sandal :"Yalan xəbərlər məni çox incidir”

Emina Sandal :"Yalan xəbərlər məni çox incidir”

15 Dekabr 2017 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Mustafa Sandal ilə həyat yoldaşı Emina Sandal boşanmaq qərarı alıblar.

Cütlüyün boşanma səbəbləri haqda müxtəlif fərziyyələr var. Bəzi türk saytları Eminanın karyerası üzündən ərini tərk etdiyini, bəziləri isə onun çox bədxərc olduğu üçün Mustafanın ondan ayrılmaq istədiyini yazıb.

Haqqında çıxan xəbərlərdən sonra E.Sandal ilk dəfə açıqlama verib. O, yazılanların doğru olmadığını qeyd edib:

"Karyerama görə Türkiyəni, uşaqlarımı tərk etmək iddiaları doğru deyil. Bir ana bu səbəbdən balalarını qoyub gedərmi? Mən Sıbrıstanda işləyirəm, ona görə də tez-tez Türkiyəyə gedib-gəlirəm. Türkiyədə ailəmlə yaşayıram. Uşaqlarım harada xoşbəxtdirlərsə, mən də orada xoşbəxtəm. Türkiyə vətəndaşıyam. İki vətənim var və bununla qürur duyuram.

Bu gün haqqımda daha bir yanlış xəbər çıxıb. Guya pula görə mübahisə etmişik. Bir qadının dekorasiyanı sevməsi və evini gözəlləşdirməsi, sizcə, boşanmaya səbəb ola bilərmi?

Maraqlıdır sonra haqqımda hansı xəbərlər çıxacaq. Bəlkə, yazacaqsınız ki, idmanla məşğul olmağım ayrılmağımıza səbəbdir. Düzdür, mən öz ölkəmdə məşhur simayam, amma unutmayın ki, ilk öncə mən bir qadınam və anayam. Hər kəsdən hörmət istəyirəm. Yalan xəbərlər məni çox incidir".

Qeyd edək ki, Mustafa və Emina 2008-ci ildə ailə qurub. Onların iki övladı var. Axsam.az